Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:52

Azərbaycanda sürüşmə ilə bağlı monitorinqin nəticəsi


Azərbaycan ərazisindəki sürüşmə sahələrində aparılan genişmiqyaslı monitorinqlər başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya bildirib ki, monitorinqlər 70-ə yaxın ərazidə 220 sürüşmə sahəsini əhatə edib.

Monitorinq nəticəsində məlum olub ki, ölkədəki sürüşmə zonalarında ciddi aktivləşmə yoxdur.

Onun sözlərinə görə, bu il Azərbaycandakı sürüşmə zonaları əvvəlki illərlə müqayisədə elə də aktiv deyil.

Ötən illər sürüşmə zonalarında daha çox aktivlik qeydə alınıb. Hazırda sürüşmə sahələrində vəziyyət stabildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG