Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

“Tour d`Azerbaidjan” beynəlxalq velosiped turuna yekun vurulub


Azerbaijan -- bicycle tour

Azerbaijan -- bicycle tour

-
Mayın 5-də “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turuna yekun vurulub. Tur keçmiş prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

“Tour d`Azerbaidjan”ın sonuncu mərhələsi Bakının mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla başa çatıb. Yarışda Litva milli komandasının üzvü Tomas Vaitkus bu məsafəni 3 saat 19 dəqiqə 49 saniyəyə qət edərək sonuncu mərhələnin qalibi olub.

Lüksemburqun “Leopard-Ter” komandasının idmançısı Sin De Bi ikinci, Hollandiyanın “Rabobank Development” kollektivinin velosipedçisi Konstant Godrie üçüncü yer tutub.

Qaliblərin mükafatlandırılması mərasimi də keçirilib. Yarışda ümumi hesabda birinci olan Türkiyənin “Torku Şekerspor” komandasının üzvü Sergey Qreşin göy, sprint yarışlarında lider olan Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının velosipedçisi Kristof Şveizer yaşıl, dağ klassifikasiya yarışlarının birincisi “Synergy Baku Cycling Project”in digər idmançısı Konnor Makkonvey qırmızı köynəklə mükafatlandırılıb.

Yarışın ən yaxşı gənc idmançısı adına Qazaxıstanın “Astana” komandasının üzvü Baxtiyar Kojatayev layiq görülmüş və ona ağ-bənövşəyi köynək hədiyyə edilmişdir. Ən yaxşı azərbaycanlı idmançı üçün hazırlanmış köynək isə Elçin Əsədova təqdim olunub. “Tour d`Azerbaidjan”ın ən yaxşı komandası adını isə Portuqaliyanın “Efapel-Glassdrive” kollektivi qazanıb.

Beş gün davam edən yarışlarda idmançılar 770 kilometr məsafə qət ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG