Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36
Somalinin paytaxtı Moqadişdə törədilən partlayışda azı 7 nəfər ölüb, 10-a yaxın adam yaralanıb.
Partlayış hökumət maşınlarının ötdüyü yolda törədilib.

Yerli mənbələrin məlumatına görə, partlayışı intiharçı törədib.
O minalanmış maşını yolda partladıb.

Bəzi məlumatlara görə, zirehli hökumət maşınında Qətərin 4 nəfərlik nümayəndə heyəti olub.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Hakimiyyət “Əl Qaidə” ilə əlbir olan “Əl Şabab” qrupundan şübhələnir.

Günün bütün mövzuları

XS
SM
MD
LG