Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:35

Ötən il Rusiyada itən təyyarə bataqlıqdan tapılıb


Foto arxiv
Foto arxiv
Ötən ilin yayında Rusiyanın Sverdlovsk vilayətində qəzaya uğrayan An-2 təyyarəsinin qalıqları tapılıb.

Təyyarənin qalıqları Serov şəhərinin 8 kilometrliyindəki bataqlıqda aşkar edilib.
Onu ovçular tapıb.
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin xüsusi istintaq qrupu göndərilib.

An-2 təyyarəsində pilot və 12 sərnişin olduğu güman edilir.

“Avia Zov” şirkətinə məxsus olan təyyarə Perm, Çelyabinsk, Tümen, Kurqan və Sverdlovsk vilayətlərində axtarılsa da bu heç bir nəticə verməmiş və axtarış əməliyyatları dayandırılmışdı.
XS
SM
MD
LG