Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Leyla Yunus Almaniyada beynəlxalq mükafat alır- Yenilənir


Leyla Yunus mükafat alarkən

Leyla Yunus mükafat alarkən

-
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa Theodor Haecker adına beynəlxalq mükafat təqdim olunur. Mayın 5-də Almaniyanın Esslingen-na-Nekare şəhərində keçirilən təqdimetmə məsarisimndə yerli ictimaiyyət nümayəndələri ilə yanaşı Azərbaycandan gələn qonaqlar da iştirak edirdi.

SİYASİ OPPONENTLƏRƏ VƏ MƏTBUATA OLAN BASQILAR

Tədbirdə çıxış edən şəhər meri Jurgen Zieger Azərbaycandakı siyasi hakimiyyəti İlham Əliyevi ailə klanı adlandırıb.
Azərbaycanda insan haqlarının ağır durumda olduğunu deyən Jurgen Zieger hakimiyyətin siyasi opponentlərinə və müstəqil mətbuata olan basqılardan da danışıb.
Mərasim keçirilən bina

Mərasim keçirilən bina

Mərsimdə deyilib ki, Leyla Yunus öz ölkəsində korrupsiya, özbaşnalıq və insan haqlarının pozulmasına qarşı fəal mübarizəsinə, həmçinin siyasi səbəblərə görə həbs olunanları müdafiə etdiyinə görə bu mükafata layiq görülüb.

ARD KANALININ REDAKTORU AZƏRBAYCAN VƏ ALMANİYA HAKİMİYYƏT...

Mərasimdə çıxış edən Almaniyanın ARD kanalının redaktorlarından biri Georg Restle Bakıya səfəri haqda danışıb. O Bakıda mitinqlərə icazə verilməməsi, nümayişlərin dağıdılması, söz azadlığının boğulması və bu fonda Leyla Yunusun fəaliyyətindən söz açıb.

Georg Restle Leyla Yunusun ofisinin dağıdılmasını da xatırladıb: «Buna baxmayaraq Leyla Yunus özbaşnalığa qarşı mübarizəni davam etdirir».

Restle alman hökumətini də tənqid edib. O deyib ki, hələ də Azərbaycan prezidenti hələ də Almaniyada qəbul edilir, alman siyasətçilərinin bəziləri Bakı üçün lobbiçilik edirlər.

LEYLA YUNUS DEYİB Kİ...

Mərasimdə çıxışı zamanı Leyla Yunus Azərbaycanda siyasi motivli həbslərdən danışıb. Həmçinin siyasi məqsədlərlə həbs olunanlara işgəncələr verildiyini vurğulayıb.
Leyla Yunus həbs edilən gənc NİDA-çılar və siyasi məhbuslar haqda:

L. Yunus çıxış edərkən

L. Yunus çıxış edərkən

«Hazırda həbsdə olanların böyük əksəriyyəti vicdan məhbuslarıdır. Onların heç biri qanuna zidd hərəkət etməyiblər. Onların həbsi siyasi sifarişdir. Bu sırada mən öz həmkarlarımın adını çəkə bilərəm: Hilal Məmmədov, İlham Əmiraslanov, İlqar Rzayev, Bəxtiyar Məmmədov, jurnalist Əvəz Zeynallı, müxalif fəalları İlqar Məmmədov, Tofiq Yaqublu həmçinin fəal gənclər...»
Hüquq müdafiəçisi Azərbaycanda mülkiyyət hüquqlarının pozulmasından, söz və mətbuat azadlığına olan basqılardan da söz açıb.
2005-ci ildən şəhərin mərkəzində nümayiş keçirilməyə icazə verilmədiyini deyib. Hətta regionlarda belə açıq havada keçirilən görüşlər, polis zorakılığı ilə dağıdılıb.
MÜKAFAT KİMLƏRƏ VERİLİR?
Theodor Haecker katolik ekzistensializmin tanınmış nümayəndələrindən və Hitler rejiminin ən radikal tənqidçilərindən, məşhur katolik yazarlardan biridir.
Esslingen-na-Nekare şəhəri Theodor Haecker mükafatını onun ölümünün 50 illiyi münasibətilə təsis edib.

Mükafat iki ildən bir azadlıq, demokratiya, sülh və humanizm ideallarının müdafiəsindəki cəsarətə, əzmkarlığa görə verilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG