Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49
-
Mayın 5-i Bakının əsas prospekt və küçələrində hərəkət məhdudlaşdırılıb.

Buna səbəb keçmiş prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turudur. Bu gün turun sonuncu mərhələsidir.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Bakının Azadlıq meydanı, Azneft meydanı, Neftçilər prospekti, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament, Hüseyn Cavid, İnşaatçılar, Zərifə Əliyeva prospektləri, o cümlədən S. Vurğun, Bülbül, Üzeyir Hacıbəyov, Puşkin küçəsi və Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Mərkəzi yolların bağlanması ətraf yollarda tıxaca səbəb olub.

Təxminən saat 16.00-da Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti bərpa edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG