Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:09

İranda saxlanılan azərbaycanlılar qanunsuz əlaqələr qurmaqda ittiham olunurlar


İranda saxlanılan iki Azərbaycan vətəndaşı qanunsuz əlaqələr qurmaqda ittiham olunurlar.
İSNA agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin əməkdaşı açıqlayıb.

O bildirib ki, həbs edilən Azərbaycan vətəndaşları İrana turist qismində gəliblər : “Onlar qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirilirlər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır”.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, Xalidıə Xalidin sürücüsü olan Azərbaycan vətəndaşı Şamxal Hüseynov və 4 azərbaycanlı fəalın həbs edildiyi bildirilir.

Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblarmış.
“ETTELAAT” əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitablar, kompüter və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə naməlum istiqamətə aparıblar.

Hazırda onların harada saxlanıldıqları məlum deyil.
Digər həbs edilənlər azərbaycanlı fəallar – yazıçı Aşıq İsaq Qaraxanlı , Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və yazıçı Fərhadi soyadlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG