Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 03.05.2013

Mətbuat və söz azadlığının təmin olunması insan hüquqlarının qorunmasında başlıca amildir

Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır.

…Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olmuşdur. Ali Məclis Sədrinin «Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında» Sərəncamı kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində yeni üfüqlər açmışdır.

Kütləvi informasiya orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması muxtar respublikada həm də bu sahədə qəbul olunan qanunların tətbiqi və icrası baxımından mühüm əhəmiyyət daşıyır. Artıq aparıcı mətbuat orqanı olan «Şərq qapısı» qəzeti həftədə 5 dəfə nəşr olunur. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriliyi təmin edilib. Bu sahədə qazanılan uğurlar eyni zamanda elektron medianı da əhatə edir. Belə ki, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurularaq istifadəyə verilmiş, komitədə yeni nəsil rəqəmsal avadanlıqlar quraşdırılmışdır. «Kanal 35» televiziyasının, «Naxçıvanın səsi» radiosunun da fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması və fəaliyyəti də muxtar respublikamızda bu sahədə həyata keçirilən tədbirlərdəndir. Artıq muxtar respublika sakinlərinə yüksək səviyyədə IP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər göstərilir. Bu ilin sonuna qədər isə muxtar respublikada rəqəmsal televiziya yayımına keçid tamamilə başa çatdırılacaqdır.

Heydər Əliyev və dövlət arxiv quruculuğu

Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə «Heydər Əliyev və dövlət arxiv quruculuğu» mövzusunda elmi konfrans keçirilib. Konfransı idarənin rəisi Fəxrəddin Cəfərov açaraq çıxış edib. Qeyd olunub ki, Azərbaycanda digər sahələrlə yanaşı, arxiv işi sahəsində də əldə edilən nailiyyətlər, qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş SSRİ dövründə «SSRİ Dövlət arxivi fondu haqqında Əsasnamə» istisna olmaqla, arxiv işinə aid heç bir normativ akt və qanun qəbul olunmayıb. Ancaq müstəqillik qazandığımız illərdə ulu öndər Heydər Əliyevin göstərişi ilə «Milli arxiv fondu haqqında» Qanun üzərində uzun müddət iş aparıldıqdan sonra Milli Məclis 1999-cu ilin iyun ayın¬da həmin qanunu qəbul edib. Bu qanun görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən 1999-cu il 22 iyun tarixdə təsdiq olunub.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyev daim arxiv işini diqqət mərkəzində saxlayır, bu sahəyə qayğısını əsirgəmirdi. Ümummilli liderimiz deyirdi: «Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzidir... Arxiv işinə gərək çox ciddi fikir verək».

Şərhləri göstər

XS
SM
MD
LG