Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:57

İsrail silah aparan Suriya gəmilərini vurub


Israel-Syria Flags
Israel-Syria Flags
İsrail Hizbullah qrupuna raket aparan Suriya gəmilərini vurduğunu təsdiqləyib.

Bunu Reuters agentliyinə adının çəkilməsini istəməyən İsrail rəsmisi deyib.
O qərarın cümə axşamı güc qrumlarının iştirakı ilə nazirlər kabinetində qəbul edildiyini bildirib.
İsrail hələlik məlumata rəsmi münasibət bildirməyib.

Bundan əvvəl agentliklər adı çəkilməyən ABŞ rəsmisinə istinadla İsrailin Suriyanın silah anbarını vurması barədə məlumat yaymışdılar.

ABŞ prezidenti Barack Obama dünən Suriyaya ordu göndərmək fikrində olmadıqlarını və hadisələrin bu cür inkişafını görmədiyini deyib.
Amma o bildirib ki, əgər Suriyada kimyəvi silahdan istifadə edildiyi təsdiqlənsə, beynəlxalq aləmə sübutlar təqdim edəcək.
XS
SM
MD
LG