Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:33

Yeni təhsil naziri şəffaflıqla bağlı söz verir


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
-
«Nazirlik bundan sonra daha şəffaf fəaliyyət göstərəcək».

Qafqazinfo-nun yazdığına görə, bunu Təhsil nazir Mikayıl Cabbarov mayın 4-də Gülüstan Sarayında «Heydər Əliyev 90» inşa müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimində deyib.

Nazir çıxışında xaricdə təhsil üzrə Dövlət Proqramının əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, dünyanın az ölkələrində dövlət bu işi öz üzərinə götürür:

«2007-2015-ci illərdə Dövlət proqramı qəbul olunub. Bu sahədə uğurlarla yanaşı, problemlər də var. Bunlar təhsil haqqının ödənilməsində baş verən gecikmələr və süründürməçiliklə əlaqədardır. Mən də xaricdə təhsil almış tələbə kimi bunun necə çətin olduğunu bilirəm. Nazirlik bu sahədə bundan sonra daha şəffaf fəaliyyət göstərəcək. Pozuntuların aradan qaldırılmasına çalışacaq. Bunun üçün nazirliyin saytında ayrıca səhifə yaradılıb».

«NAZİRLİK BÜTÜN MƏZUNLARA ATTESTAT VERİLMƏSİNİN TƏRƏFDARIDIR»

AzVision.az saytı isə xəbər verir ki, nazir bütün məzunlara attestat verilməsinin tərəfdarı olduğunu deyib:

«Statistik məlumatlara əsasən, 2009-2010-ci tədris ilində şagirdlərin ümumi sayının 22 faizi, 2011-2012-ci ildə 24 faizi, 2011-2012-ci ildə isə 10,5 faizi attestat almayıb. Heç kimə sirr deyil ki, həmin şagirdlərə attestatların verilməməsi yerlərdə sui-istifadə hallarına geniş yol açan amillərə gətirib çıxarır. Attestat məzunun biliyinin göstəricidir. «Təhsil haqqında» qanun attestatın verilməsinin yekun qiymətləndirmənin «qeyri-kafi» nəticələri ilə bağlı olmadığını göstərir. Attestat olsa da, olmasa da, qanunvericiliyə əsasən, orta məktəb məzununun tələbə olması ali məktəblərə qəbul imtahanlarındakı nəticələrindən asılıdır. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG