Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:13

İtkin düşən Ağdaş sakinin cəsədi Şirvan kanalından tapılıb


İbrahim Məmmədovun cəsədi Şirvan kanalından tapılıb
İbrahim Məmmədovun cəsədi Şirvan kanalından tapılıb
-
Aprelin 28-də itkin düşən Ağdaş rayonun Ərəb kənd sakini İbrahim Məmmədovun cəsədi Şirvan kanalından tapılıb.

45 yaşlı İbrahim Məmmədov itkin düşməzdən əvvəl aprelin 28-də bacısı Nəzirə Məmmədovagildə olub. Bacısının dediyinə görə, qardaşı onlardan çıxanda evə ərzaq alacağını deyib və mağazaya yollanıb. Bir neçə saat sonra onun evə çatıb-çatmadığını öyrənmək istəyəndə, qardaşının telefonuna zəng çatmayıb. Ailə üzvlərinin həmin gün axtarışları nəticə vermədiyindən polisə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidməti əməkdaşları İbrahim Məmmədovun cəsədini mayın 4-ü səhər Şirvan kanalının Göyçay rayonun Qarabağlar kəndi ərazisindən keçən hissəsində tapıblar.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Bu, son 5 ildə Şirvan kanalına düşən 13-cü şəxsdir.
XS
SM
MD
LG