Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:49
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflər heyəti bu şeirlərə bal versə də, bu, uzun siyahıya keçmək üçün kifayət etməyib.


Günel Eminli


Şeirlər


Qaranlıqdan qorxmur,
Günəşi də sevmir,
İçi saman dolu, ürəyi ümid,
Göyə uzanıb, sabit əlləri,
Şlyapası gülməli,
Dua etmir fəqət,
Başında fikirlər yox,
Dolanır qarğalar,
Onu qarğıyıb tanrılar,
Adam misalı,
Taxtadan dikdilər onu biyabana.
Qorxu allahı tək özündən başqa,
Qorxutmur kimsəni,
Fələk saldı onu bu hala,
Taxtadan adam oldu,
müqəvva...


***


Candan idi otağın,
Sonra şüşədən,
İsti idi bucağın,
indi bir az soyuq,
döz quzu keçəcək.
Həyat adlı imtahandan,
ilk sınağındı,
yaşamağa o qədər,
gün varındı,
Başın üstdə ürək vardı,
indi narahat əllər,
və gözlər,
və bir çox anlamadığın,
hərəkətlər və nəsnələr,
o yanda,
zahı qadın ağlayır,
sənin anandır,
ona bax və gülümsə...
“küvəz”dəki yarımcan körpə...
Burdan iki yol var, quzum,
Ya ananın, ya torpağın qucuna,
Seç onu,
Ananı,
Həyatı, sevgini və Allahı,
Birləşdirən dünyanı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG