Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:20

Müsavatçıya 200 saat icbari iş



Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının cəriməsinin islah işləri ilə əvəz olunması ilə bağlı məhkəmə olub. Məhkəmə ödənilməli olan 600 manat cəriməni 220 saat məcburi əməklə əvəz edilməsi qərarını verib. Bu barədə AzadlıqRadiosun Tural Abbaslı məlumat verib “icraçılar protokol tərtib ediblər ki, guya mən cəriməni ödəməkdən qəsdən imtina etmişəm. Mən öncədən də qeyd etmişdim ki, heç bir gəlirim yoxdur, ödəməyəcəm."

" İş icraçıları məni dəvət etməli idi, alternativlər təklif etməli idi. Ancaq heç biri olmayıb. Bir dəfə evə basqın edib mənə aid olmayan əşyaları siyaıya alıblar, bir dəfə də xəbərdarlıq ediblər vəssalam. Bu gün də məhkəmə mənə 220 saat icbari iş verdi. Hansı icbari işə cəlb olunacam? Icbari işlərin heç siyahısı da yoxdur.”

Tural Abbaslı yanvarın 12-də keçirilən “Əsgər ölümlərinə son” etiraz aksiyasında 600 manat cərimələnmişdi.
XS
SM
MD
LG