Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47

Onlar «xəbər üçün çal»dılar [Video]


-
Türkiyə televiziyalarının Ankara bürolarında çalışan işçilər «Haber için çal» adlı yeni sosial rolik hazırlayıblar.

Onlar bir neçə il öncə diqqəti ekoloji problemlərə çəkmək üçün hazırlanan «Doğa için çal» layihəsindən ilhamlanaraq «Haber için çal»ıblar.

Klipdə "Əl Hurra" televiziyasının Suriyanın Hələb şəhərində yoxa çıxmış müxbiri Bəşər Fəhmi Kaduminin də səssiz olaraq fotosu nümayiş edilir.

Videoçarxda «Show TV», NTV, ATV, «TRT Türk», «CNN Türk», «Kanal D», FOX və digər televiziyaların əməkdaşları iştirak edib. Onlar Aşıq Veysəlin «Uzun ince bir yoldayım» türküsünü səsləndiriblər...

Xəbər toplayıb tamaşaçılara çatdırmaq üçün uzun və bəzən təhlükəli bir yola çıxan jurnalistlərin də türküsü sayıla bilər bu...

Günün bütün mövzuları

XS
SM
MD
LG