Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:09

Apellyasiya məhkəməsi NİDA-çının şikayətini təmin etmədi


-
NİDA-çının vəsatəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində NİDA-nın İdarə Heyətinin üzvü Rəşad Həsənovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Əshabəli Mustafayev məlumat verib:

«Biz Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verdik. Rəşad Həsənovun ev dustaqlığına buraxılmasını istədik. Onun hər hansı cinayəti əməlinin törətməsi ilə bağlı sübut yoxdur. Qaçıb gizlənmə ehtimalı da yoxdur. Prokuror da bunları təkzib edə bilmədi. Lakin hakim vəsatəti təmin etmədi. Heç bir arqument də gətirmədi».

Məhkəmədə Rəşad Həsənovun da iştirakı təmin edilib. O, ona qarşı olan ittihamları əsassız sayıb.

Vəkil bu qərardan Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirdi.

Rəşad Həsənov martın 14-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, döyüş sursatı, partlayıcı maddələr əldəetmə maddəsi ilə ittiham irəli sürülüb. Haqqında üç aylıq həbs qətimkan tədbiri seçilib.

NİDA-nın daha 6 üzvü - Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlı da həbsdədir.

Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Barələrində 3 aylıq həbs qərarı verilib.

İttiham sübuta yetirilərsə, onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.
XS
SM
MD
LG