Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

Avrozonada tənəzzül düşünüldüyündən pisdir


Kiprdə beynəlxalq aləmin xilas proqramına etiraz

Kiprdə beynəlxalq aləmin xilas proqramına etiraz

Avropa Komissiyası bildirir ki, 27 ölkəni birləşdirən avrozonada bu il tənəzzül düşünüldüyündən pis olacaq. Bundan əvvəlki ehtimala görə, avrozonada Daxili Məhsul 0,3 faiz azalmalı idi, ancaq indiki ehtimal 0,4 faizlik enişi nəzərdə tutur.

Komissiya bildirir ki, avrozonanın ikinci ən böyük iqtisadiyyatı olan Fransada bu il tənəzzül başlanacaq. İqtisadiyyat 0,1 faiz azalacaq.

Yunanıstanda eniş davam edəcək. Yunanıstanın Daxili Məhsulu 4,2 faiz azalacaq.
Ancaq Komissiya Yunanıstanda 6 illik tənəzzüldən sonra 2014-cü ildə cüzi artım gözləyir.

Bu il Kiprin Daxili məhsulu 8,7 faiz, gələn il 3,9 faiz azalacaq.

Avrozonada isizlik 12,2 faiz olacaq.
Rekord isə Yunanıstanda və İspaniyada olacaq. Burda işsizlik 27 faizə çatacaq.

Avrozonada vəziyyətin 2014-cü ildə düzələcəyi gözlənilir. Gələn il iqtisadi artım 1,2 faiz olmalıdır.

Komissiyanın İqtisadi Proqnozlarını təqdim edən Avropa Birliyinin iqtisadiyyat və maliyyə Komissarı Olli Rehn deyib: “Biz Avropa iqtisadiyyatının bu ilin ikinci yarısında sabitləşəcəyini gözləyirik. ÜDM dinamikası müsbətə dönəcək. Hazırda müsbətə doğru dəyişikliyin aparıcı qüvvəsi xarici tələbatdır, daxili tələbat isə maliyyə böhranına görə azalıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG