Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

Məhkəmə ilahiyyatçını ev dustaqlığına buraxmadı


-
Taleh Bağırovun vəsatəti təmin edilməyib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Cavad Cavadlı məlumat verib.

O bildirib ki, Nərimanov rayon Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciətinə baxılıb. Lakin vəsatət təmin edilməyib:

«1 ay ərzində istintaqın aparılmadığını, istintaq aparılacağı halda Taleh Bağırovun istintaqa maneçilik törətməyəcəyinə dair xahiş etdim. Məhkəmə vəsatəti təmin etmədi. Səbəb də onu göstərdilər ki, ev dustaqlığı şəraitinə buraxılarsa, istintaqa maneçilik törədə bilər. Hansı istintaqa? Heç bir istintaq aparılmır».

Vəkil Cavad Cavadlı məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirdi.

İlahiyyatçı Taleh Bağırov martın 31-də tutulub. Aprelin 2-də Sabunçu rayon Məhkəməsi onun haqqında iki aylıq həbs qərarı çıxarıb.

O, qanunsuz olaraq narkotik vasitə saxlamaqda ittiham olunur. Ancaq müdafiə tərəfi ittihamı qəbul etmir, həbsin sifarişli olduğunu bildirir.
XS
SM
MD
LG