Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:14

«Bibiheybət» neftçilərinin tətil etdiyi deyilir


Arxiv foto: Neftçilərin etirazı

Arxiv foto: Neftçilərin etirazı

-

Mayın 3-də ARDNŞ-in «Bibiheybət» Neft və Qazçıxarma mədəninin işçiləri tətil edib. Bu barədə AzadlıqRadiosuna Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. O bildirib ki, tətilin səbəbi əmək haqqlarının aşağı olmasıdır:

«Bu il ərzində 2-ci aksiyadır. Əsas tələb əməkhaqqıdır. Onların maaşları 170-320 manat civarındadır. Bunun da 2%-i Silahlı Qüvvələrə Yardım Fonduna köçürülür. Bizim koordinatorlarımız məlumat verdilər ki, idarə rəhbərləri fəhlələrlə görüşüb, danışıb. Tələblərinə baxılacağı deyilib. Fəhlələr mənə bildiriblər ki, əmək haqqları artırılmasa digər mədənlərin fəhlələri də onlara qoşulub tətil edəcək».

ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə AzadlıqRadiosuna «Bibiheybət»də tətil olmadığını bildirib:

«Bu gün orda heç bir tətil olmayıb. 8 fəhlə keçən aykı maaşı ilə bu aykı arasında fərq görüb və onu aydınlaşdırmağa çalışıb. Keçən ay bayram günləri işlədiklərindən həmin fəhlələrin maaşları 10-15 manat çox olmuşdu. Onlar da maraqlanıblar ki niyə bu ay 10-15 manat əksik olub. Məsələyə də aydınlıq gətirilib. Orda şişirdəcək heç nə yoxdur. Ümumiyyətlə, tətil deyiləcək bir hadisə baş verməyib».

Martın 18-də Qaradağ rayonunda yerləşən ARDNŞ-ə məxsus «Bos Shelf» şirkətinin 2600 nəfər işçisi də tətil etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG