Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:55

Hakimliyə namizədlər imtahan veriblər


Mayın 3-də Azərbaycanda hakimliyə namizədlər üçün növbəti seçim turu çərçivəsində yazılı imtahan keçirilib.

Trend xəbər verir ki, imtahanda hakimliyə namizədlərin seçiminə qatılmış 414 nəfər arasından daha öncəki 3 mərhələdən uğurla keçmiş 76 nəfər iştirak edib. Onlardan 12 nəfəri qadın olub. Hakimliyə namizədlər cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sualı 4 saat ərzində cavablayıb. İmtahanın gedişini nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən yerli QHT və hüquq-müdafiə təşkilatlarından olan 30-dək müşahidəçi və KİV nümayəndələri izləyib.

Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev bildirib ki imtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış şəxslər şifahi müsahibə mərhələsinə buraxılacaq. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının (MHŞ) İnternet səhifəsində yerləşdiriləcək. Sonuncu - 6-cı mərhələdə isə namizədlərin dünyagörüşü üzrə bilikləri yoxlanılacaq. Daha sonra Məhkəmə-Hüquq Şurası seçilmiş namizədlər arasında ixtisaslaşdırma aparacaq və onların hakimliyə təyin edilmələri üçün prezidentə təqdimat verəcək

Hazırda Azərbaycanda 85 vakant hakim yerinin olduğu bildirilir.
XS
SM
MD
LG