Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09
-

Azərbaycan Tarif (qiymət) Şurasının aprelin 26-da keçirilən iclasında şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxılıb və tariflər dəyişdirilmədən əvvəlki səviyyədə saxlanılıb.

«APA-Economics»in Tarif Şurasına istinadən verdiyi məlumata görə, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik təsdiqlənib, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılıb.

Hazırda Tarif Şurasında sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmur və bu sahədə tarif dəyişikliyinin aparılması Şuranın gündəmində deyil.

Tarif Şurasının bu qərarı mayın 1-dən qüvvədədir.

Bu günlərdə Nəqliyyat naziri Ziya Məmmədov deyib ki, Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət ediblər. Nazir sərnişin daşımaları ilə özəl sektorun məşğul olduğunu, son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olduğunu deyib.

Bakı şəhərində marşrutlar üzrə tariflər

Bakı şəhəri üzrə marşrut nömrələri Tarif
(qəpiklə)
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99 20
102, 106, 111, 112, 113, 118, 119, 133, 135, 138, 139, 142, 143, 144, 145, 148, 156, 158, 159, 162, 168, 169, 170, 174, 178, 182, 190, 198, 204, 206, 208, 209, 210, 213, 216 20
104, 105, 108, 109, 110, 116, 117, 120, 121, 124, 125, 129, 132, 134, 137, 140, 147, 151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 176, 177, 179, 180, 183, 184, 185, 186, 188, 191, 193, 196, 199, 201, 202, 205, 211, 214, 217 25
103, 123, 126, 127, 128, 130, 131, 146, 149, 152, 160, 173, 175, 181, 189, 192, 194, 203, 207, 215 30
100, 107, 136, 141, 157, 164, 171, 172, 197, 200, 212 35
101, 114 50
187 70
115, 122, 150, 195 80

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG