Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26

5 ildən sonrakı Azərbaycan


-
Facebook-dan birbaşa şərh yaz


5 ildən sonrakı Azərbaycan «2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq».

Prezident Ilham Əliyevin bu sözləri sosial şəbəkələrdə ciddi müzakirə doğurub.

5 ildən sonrakı Azərbaycanı necə olacaq?

Suallara Azadlıq FM-də cavab axtarmışıq
İqtisadçı ekspert Zöhrab İsmayıl:

- 5 ildən sonrakı Azərbaycanı azad və demokratik görmək istərdim. Ölkə iqtisadiyyatının bazar iqtisadiyyatı üzərində qurulmasını istərdim.

- Biz bilmirik ki, Azərbaycan hökuməti nəyi problem hesab edir, nəyi problem hesab etmir. Bir müddət İlham Əliyev çıxışında dedi ki, Azərbaycanda yalnız bir problem var: Qarabağ. İndisə belə deyirlər...

- Bugün bilinmir ki, Azərbaycan hökuməti hansı problemi həll etmək istəyir?

Millət vəkili Vahid Əhmədov:

- Azərbaycan iqtisadiyyatında ciddi problemlər olmayacaq. Bəzi problemlər var, onlar da həll ediləcək. Büdcədə defisit yoxdur. Azərbaycanda regionların inkişafı ilə bağlı program var. 2008-ci ildə başlayan dünya böhranı hələ də davam edir.

- Azərbaycanda problemlərdən biri də korrupsiyadır. Prezidentin də bununla bağlı programı var.

FACEBOOK-da MÜZAKİRƏ ET, YOUTUBE-də İZLƏ

Şərhləri göstər

XS
SM
MD
LG