Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Yevlaxda avtomobil kanala düşüb, 3 nəfər ölüb


Mingəçevir-Yevlax yolunda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinin yazdığına görə, 1992-ci il təvəllüdlü Xanəliyev Ayxan Sabir oğlunun idarə etdiyi «Hyundai» markalı minik avtomobili Mingəçevir-Yevlax yolunun 6-cı kilometrliyində su kanalına düşüb.

Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan 2 nəfər sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Digər meyitlər isə əhali tərəfindən çıxarılaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
XS
SM
MD
LG