Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

Türkiyənin ən çox qazanan 20 yazarının adı açıqlandı


Sinan Yağmur
Sinan Yağmur

Elif Şafak «Forbes Türkiye»nin siyahısının üçlüyünə girə bilməyib

-
«Forbes Türkiye» jurnalı may nömrəsində bu ölkənin ən çox qazanan 20 yazıçısının adını açıqlayıb.

2012-ci ildə bu yazıçılar müəllif haqlarından ümumilikdə 11 milyon TL (6 milyon 140 min ABŞ dolları) qazanıblar.

Həmişə ilk sıralarda görünən bəzi yazıçılar ötən il kitabı çıxmayınca, bu siyahıdan kənarda qalıblar.

Ancaq iki yazıçının gəliri 1 milyonu aşıb.

Beləliklə, siyahının başında 1.8 milyon TL (1 milyon ABŞ dolları) gəlirlə «Aşkın Gözyaşları» seriyası ilə tanınan Sinan Yağmur dayanır.

İkinci sırada 1.1 milyon gəlirlə Ahmet Ümit var.

İskender Pala 963 min TL gəlirlə 3-cü sıradadır.

Ayşe Kulin 810200 TL qazancla 4-cü yeri, Canan Tan 657800 TL gəlirlə 5-ci yeri tutub.

Siyahıda birinci olan Sinan Yağmur-un ötən il 3 kitabı çıxıb. «Aşka Yolculuk - Veysel Karani»—200 min, «Aşka Bela - Kerbela Hz. Hüseyin» 150 min, «Aşkın Meali - Yusuf ve Züleyha» 100 min nüsxə çıxıb.

«Aşkın Gözyaşları» seriyasının ikinci kitabı «Hz. Mevlana» 300 min, ilk kitab «Tebrizli Şems» 150 min ve seriyanın son kitabı «Kimya Hatun» 110 min ədəd çap olunub.
Sinan Yağmur-un məşhurlaşmadan öncə yazdığı kitablar isə 290 min ədəd təkrar nəşr olunub.
Elif Şafak
Elif Şafak

Elif Şafak son dörd ildə ilk dəfə üçlüyə girə bilməyib.

«Aşk», «İskender» ve «Firarperest» kitablarıyla uzun müddət «ən çox satılanlar»dan olan Şafak 2012-ci ildə ancaq «HaberTürk» qəzetindəki «Şemspare» adlı köşə yazılarıyla yadda qalıb.

Elif Şafak 635 min TL gəlirlə altıncı sıranı tutub.

Bu siyahı 2008-ci ildən açıqlanmağa başlayıb.

Həmin il ən çox qazanan 20 yazıçının gəliri 3.9 milyon TL olub.

Bu kitablardan ancaq dördü 100 min nüsxə sərhədini keçirdi.

Fərq göz qabağındadır.

Onu da deyək ki, cəmi 6 ildə açıqlanan siyahıda Elif Şafak 7.1 milyon gəlirlə son 6 ilin ən çox qazanan yazıçısı ola bilib.

6 illik siyahıda Ayşe Kulin 5.4 milyon, Turgut Özakman 3.7, Ahmet Ümit 3.4, Canan Tan 2.9 və Orhan Pamuk 2.5 milyon TL gəlir əldə edə bilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG