Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55
-
XX əsrin ən böyük rəssamlarından sayılan Salvador Dali-nin əsərləri Madriddəki Kraliça Sofiya Muzeyində sərgilənir. (Video burda)

Dünya mediasının yaydığı xəbərə görə, sərgidə nümayiş olunan 200-dən çox əsərin bəzilərini tamaşaçı ilk dəfə görür.

Sərgi əfsanəvi rəssamın bioqrafiyasını tanıdan 11 bölmədən ibarətdir.

Rəssamın tablolarından başqa sərgidə onun kino və teatrda əbədiləşən görüntüləri, heykəlləri, yazıları və reklamları da yer alır.

Parisdəki Pompidu Mərkəzindən sonra Madridə gətirilən sərgi «çətin təkrarlanacaq» sərgi adlanıb.

Kraliça Sofiya Muzeyinin müdir müavini Joao Fernandes mediaya açıqlamasında: «Dalinin bütün əsərlərini bir yerə toplayıb bütünləşdirən belə sərginin təkrarı olsa-olsa 20-30 ildən sonra ola bilər» deyib.
Savador Dalinin rəsmi

Savador Dalinin rəsmi

Günün bütün mövzuları

XS
SM
MD
LG