Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:23
Əfqanıstan və Pakistan hərbçiləri arasında baş verən atışmada 1 Əfqanıstan sərhədçisi ölüb, 3-ü isə yaralanıb.

İnsident iki ölkə arasındakı mübahisəli ərazidə baş verib.

Əfqanıstan rəsmilərinin sözlərinə görə, Əfqanıstan ordusu Pakistan tərəfinin ərazidə qurduğu keçid məntəqəsini dağıdıblar.
Pakistan tərəfi isə insident zamanı 3 əsgərinin yaralandığını xəbər verir.

Əfqanıstan daxili işlər nazirinin mətbuat katibi hazırda vəziyyətin sakitləşdiyini və danışıqlar aparıldığını deyir.

Əfqanıstanın ordusunun komandanı Afzal Aman mübahisəli sərhəd məntəqəsini müzakirə etmək üçün ötən ay Pakistanda olub.
Onun sözlərinə görə Pakistan tərəfi həmin vaxt sərhəddəki məntəqə və digər qurğuların söküləcəyini vəd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG