Keçid linkləri

-

Naxçıvanda yerləşən Zəngəzur Milli Parkında keçirilən monitorinq zamanı fevral-mart aylarında bəbirin daha bir dişi fərdinin fotoşəkli çəkilib.

Fotolar üzərində aparılan analizə görə, yetkin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bəbirin Azərbaycanda yaşayıb artmasına, populyasiyasına şərait yaranıb və yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Nadir növ kimi bəbir Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı kitab»ına daxil edilib.

XS
SM
MD
LG