Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Bosotn terroruna görə saxlanan 3 şübhəli məhkəmədə ifadə veriblər


Foto arxiv

Foto arxiv

Boston partlayışlarına görə saxlanan daha 3 gənc məhkəmədə ifadə veriblər.
Onlardan ikisi Qazaxıstan, biri isə ABŞ vətəndaşıdır.

Onlar dəlilləri gizlətmə və yalan ifadə verməklə istintaqı əngəlləməkdə ittiham olunurlar.
Qazaxıstan vətəndaşları olan Azamat Tazhayakovla Dias Kadyrbaevin vəkillləri onların bu partlayışlarda iştirak etmədiklərini və bu işlə heç bir əlaqələri olmadıqlarını deyir.
Onların növbəti məhkəməsi mayın 14-də olacaq.

3-cü şübhəli, ABŞ vətəndaşı Robel Phillipos isə istintaqa yalnış ifadə verməkdə ittiham olunur.
Onun məhkəməsi isə mayın 6-da olacaq.

Federal Təhqiqat Bürosu onların üçünün də bu hadisəni törətməkdə şübhəli bilinən Tamerlan və Dzokhar Tsarnaev qardaşları ilə bir yerdə oxuduqlarını deyir.

Əgər günahları sübuta yetirilsə Tazhayakovla Kadyrbaevə maksimim 5 il həbs cəzası və 250 min cərimə kəsilə bilər.

ABŞ vətəndaşı Philliposu isə belə halda 8 il həbs və 250 min cərimə gözləyir.

Aprelin 15-də Bostonda törədilən iki partlayışda 3 nəfər ölüb, 260-dan çox adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG