Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

Azərbaycan İrana nota verdi


Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İranın Xarici İşlər Nazirliyinə nota verib. Azərbaycan irandan bu ölkədə saxlanan iki vətəndaşı ilə bağlı məlumat verilməsini tələb edir.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Keçən həftə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, elmi işçi Xalidə Xalidin və onun Şamxal adlı köməkçisinin İranda saxlanıblar.

Hələlik İran Azərbaycan vətəndaşlarının saxlanılmasının təfərrüatları və yerləri barədə Bakıya məlumat verməyib.
XS
SM
MD
LG