Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:49

«Rüstəm İbrahimbəyov cavab verməlidir»


Mətbuat icmalı
Mətbuat icmalı
-

MEHDİYEVİN İRAN SƏFƏRİ ƏRƏFƏSİNDƏ MÜƏMMALI HƏBS

«Azadlıq» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsinə diqqət çəkib.

Qəzet yazır ki, «Bu da müxtəlif mülahizələrə yol açıb. Ramiz Mehdiyev İranda rəsmi Tehranın maraqlarına uyğun bəyanatlar verib, Azərbaycan hakimiyyətinin Tehran rejiminə dəstəyini açıq ifadə edib və Qərbin ünvanına müxtəlif ittihamlar səsləndirib. Ekspertlər hesab edir ki, Ramiz Mehdiyevin bu bəyanatlarına baxmayaraq, Tehran rejimi Azərbaycana bel bağlamır və ölkəmizə qarşı ənənəvi siyasətini davam etdirməkdə israrlıdır. Onların fikrincə, Xalidə Xalidin həbsi bunun təzahürü sayıla bilər».

«MİLYARDERLƏR İTTİFAQI»NIN RƏHBƏRİ AZƏRBAYCAN SƏRHƏDİNDƏ

«Yeni Müsavat» qəzeti yazır ki, baş nazirin keçmiş 1-ci müavini, «Milyarderlər ittifaqı» adını alan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri Abbas Abbasov Dərbənddədir. Rusiya mətbuatının xəbərinə görə, A. Abbasov Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov, Rusiyanın «Patero Development» şirkətinin prezidenti, İsrail-Rusiya Biznes Şurasının həmsədri Teymuraz Xixinaşvili və digər rəsmilərlə birgə Dağıstana səfər edib. Qəzet yazır ki, A. Abbasovun Dağıstana səfəri zahirən biznes məqsədi daşısa da belə görünür ki, Bakıda «Milyarderlər ittifaqı» və Kremlin Azərbaycan hakimiyyətinə qarşı mümkün planları barədə şübhələri artıracaq».

«SEÇKİLƏRƏ QƏDƏR ÇOX VİDEOLAR OLACAQ...»

Bunu ABU-nun sabiq rektoru Elşad Abdullayevin sözçüsü Elnur Məcidli «Bizim yol» qəzetinə müsahibəsində deyib. Elnur Məcidli deyib ki, «Seçkilərə qədər çox videolar olacaq, amma bu həm də prosesdən asılıdır. Məncə may ayı siyasi proseslərin inkişafı baxımından çox həlledici aydır».

«RÜSTƏM İBRAHİMBƏYOV CAVAB VERMƏLİDİR»

«Yeni Azərbaycan» YAP funksionerlərinin Ziyalılar Forumunun həmsədri Rüstəm İbrahimbəyova qarşı fikirlərinə yer ayırıb.

YAP-ın icra katibi Əli Əhmədov deyir ki, «Rüstəm böhtana görə cavab verməlidir. Digər tərəfdən Azərbaycan-Rusiya münasibətləri ilə əlaqədar biz mövqeyimizi dəfələrlə bildirmişik. Rusiya Azərbaycanın qonşusudur və qonşuluq münasibətləri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq əlaqələri mövcuddur. R. İbrahimbəyov kimi azərbaycanlı adını daşıyan, lakin ölkəmizə qarşı problemlər yaradan, ləkə gətirən bir insan iki ölkə arasında münasibətlərə də zərbə vurmaq, problem yaratmaq yolunu seçib. Bu insan öz niyyətinə çatmaqdan ötrü çirkin bir vasitəyə əl atıb. Bu da ölkə Prezidentinə və hakimiyyətinə ağ-yalan və böhtan atmaqdan başqa bir şey deyil».

YAP icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, «Rüstəm İbrahimbəyovun ümumiyyətlə Azərbaycan barədə məlumatı yoxdur. Onun əslində özünün fəaliyyətindən bütövlükdə xəbəri yoxdur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG