Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:37

İslam Partiyasının rəsmisi Ayatollah Khamenei ilə görüşüb


Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov İranın ali dini rəhbəri Ayatollah Khamenei ilə görüşüb. Bu haqda partiyanın saytı məlumat yayıb.

Xəbərdə deyilir ki, Tehranda keçirilən «Beynəlxalq üləma və islami oyanış» konfransına (30 aprel -1 may) Azərbaycandan da ilahiyyatçılar qatılıb. Elçin Manafov Khamenei ilə fasilə zamanı başqa ruhanilərlə birlikdə görüşüb.

Məlumata görə, Mübariz Ruhanilər Cəmiyyətinin sədri, ilahiyyatçı alim Tohid İbrahimbəyli konfransda çıxış edib. O, Khamenei ilə bir araya gələrək, dini liderin Azərbaycan həbsxanalarındakı məhbuslar üçün dua etməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG