Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:54

Misir Mərdanov iclas keçirib


Riyaziyyat və Mexanika İnstitutunun gələcək illər üçün İnkişaf Proqramı hazırlanmalıdır. Bunun üçün İşçi qrupu yaradılmalı, işçi qrupu həllini gözləyən problemləri aşkara çıxarmalıdır.

Bunu Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Elmi Şuranın növbəti iclasında institutun yeni direktoru Misir Mərdanov deyib.

Sabiq Təhsil naziri Misir Mərdanov bildirib ki, Bakı Dövlət Universitetinin «Mexanika-riyaziyyat» və «Tətbiqi Riyaziyyat və Kibernetika» fakültələri ilə əlaqələrin qurulması vacibdir. Deyib ki, perspektivli məzunların instituta cəlb olunması məsələsinə xüsusi önəm verilməlidir.

Misir Mərdanov mayın 29-31-də «Riyaziyyat və informatikanın aktual problemləri» mövzusunda keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri ilə bağlı məlumat verib.

İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi ilə bağlı hazırlıq işlərindən, əməkdaşların təcrübi biliklərinin möhkəmləndirilməsi üçün xaricdə təhsillərinin davam etdirilməsindən də danışılıb.

Məlumatı Milli Elmlər Akademiyasının saytı yayıb.
XS
SM
MD
LG