Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:42

İctimai nəqliyyatda gediş haqqı cüzi artırıla bilər


Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı ölkə hökumətinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib:

«Sərnişindaşıma ilə məşğul olan şirkətlər bizə müraciətə edərək bildiriblər ki, hazırkı tariflər onların xərclərini ödəmir. Buna görə də xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır», nazir müavini bildirib.

Onun sözlərinə görə, müraciət artıq ölkə hökumətinə göndərilib: «Bu asan proses deyil və məsələyə Tarif Şurası tərəfindən baxılır. Razılıq əldə olunan kimi bu məsələyə baxılacaq», - Pənahov bildirib.

Onun sözlərinə görə, artım çox cüzi olacaq:

«Bu gün şəhərdaxili marşrutlar üzrə hərəkət edən avtobuslarında gediş haqqı 0,2 manat təşkil edir, yeni tariflər isə hətta 0,3 manat səviyyədə olmayacaq, aşağı olacaq», nazir müavini bildirib.

Pənahov konkret təkliflərin olduğunu bildirsə də, onları səsləndirməkdən imtina edib.
XS
SM
MD
LG