Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:21

İlham Əliyev: 5 ilə Azərbaycanda bütün problemlər həll olunacaq


İlham Əliyev Qobustanda - 1 may 2013
İlham Əliyev Qobustanda - 1 may 2013
-
«2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq».

Bu sözləri mayın 1-də Qobustan İdman Kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev deyib:

«Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan inkişaf templəri dünya miqyasında ən yüksəkdir. Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik. Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməmişdir. Çünki bizim çox düşünülmüş siyasətimiz var. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz var. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu».

Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramının başa çatacağını deyən dövlət başçısı, hazırda hökumətin üçüncü proqram üzərində işlədiyini bildirib:

«Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq».

Prezident yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yollarının yüksək keyfiyyətlə yenidən qurulub, istifadəyə veriləcəyini də vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG