Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:21
ATƏT Parlament Assambleyasının Cənuvi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soaresin gələn həftə Azərbaycan Gürcüstan və Ermənistana səfəri gözlənilir.

Səfərdə məqsəd regionda baş verən hadisələr,demokratik islahatlar və dondurulmuş münaqişələri müzakirə etməkdir.

O mayın 5-7-də Azərbaycanda olacaq, ölkə rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi və qarşıdan gələn prezident seçkilərini müzakirə edəcək.

Mayın 7-9-da o Gürcüstanda, 9-11-də isə Ermənistanda olacaq.
Onun Ermənistan rəhbərliyi ilə aparacağı danışıqlarda həmçinin əsasən Dağlıq Qarabağ münaqişəsi və fefvralda bu ölkədə keçirilmiş prezident seçkiləri müzakirə olunacaq.

ATƏT Parlament Assambıeyasının keçmiş prezidenti Soares 2011-c i ilin iyulunda Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG