Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:03
Mayın 1-də Bakının Nobel prospektində Fəhlə heykəli önündə aksiya keçirilib.

Aksiyanı Azərbaycan Kommunist Partiyası və “Qırmızı” Sol Gənclər Birliyi təşkil edib.

Aksiyada “Yolumuz işçi yoludur”, “Rədd olsun faşizm və kapitalizm”, “Bütün dünya proletarları birləşin” kimi şüarlar səsləndirilib.
Aksiyada çıxış edənlər Azərbaycanda sosial ədalətsizlik və addımbaşı işçilərin hüquqlarının pozulmasından danışıblar.

Aksiya icazəli olduğundan polis müdaxilə etməyib.
Sonda solçu gənclər konsert proqramı ilə çıxış ediblər.
XS
SM
MD
LG