Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:46

Boston partlayışlarına görə daha 3 şübhəli saxlanıb


Bostonda partlayış
Bostonda partlayış
Boston polisi aprelin 15-də şəhərdə keçirilən marafon yarışı zamanı törədilən partlayışların təşkilində şübhəli bilinən daha 3 nəfərin saxlandığını xəbər verir.

Hələlik onların şəxsiyyəti və rolu barədə ətraflı məlumat verilmir.
Amma CNN-də daxil olmaqla bir sıra kütləvi informasiya vasitələri onlardan ikisinin Qazaxıstandan olduqları və bu işdə ittiham olunan 19 yaşlı Dzokhar Tsarnaevlə bir kolleçdə oxuduqlarını xəbər verirlər.
Onlara qarşı istintaqa yalan ifadə verməklə bağlı ittiham irəli sürülə bilər.

Boston partlayışlarında 3 nəfər ölüb, 260-dan çox adam isə yaralanıb.

Bundan əvvəl bu terror aktında şübhəli bilinən iki qardaşdan biri Tamerlan Tsarnaev polislə atışmada öldürülüb, 19 yaşlı Dzokhar Tsarnaev isə yaralı halda ələ keçirilib.
Milliyətcə çeçen olan qardaşlar 10 ildir ki, ABŞ-da yaşayırmışlar.
XS
SM
MD
LG