Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:45

«Qırmızı»lar Fəhlə heykəli önündə aksiya keçirdilər [Video]


Bakıda 1 May nümayişi keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
-
Mayın 1-də Zəhmətkeşlər Günü münasibətilə Bakının Nobel prospektində Fəhlə heykəli önündə aksiya keçirilib.

Təşkilatçı Azərbaycan Kommunist Partiyası və «Qırmızı» Sol Gənclər Birliyi olub. Aksiyada «Yolumuz işçi yoludur», «Rədd olsun faşizm və kapitalizm», «Bütün dünya proletarları birləşin» kimi şüarlar səsləndirilib.

Çıxışçılar Azərbaycanda sosial ədalətsizlikdən, hər addımda işçilərin hüquqlarının pozulmasından danışıblar.

«Qırmızı» Sol Gənclər Birliyi isə Azərbaycan üçün spesifik sol model konsepsiyasının hazırlanması haqda fikirlərini bölüşüblər.

Aksiya icazəli olduğundan polis müdaxilə etməyib. Sonda solçu gənclər konsert proqramı ilə çıxış ediblər.
XS
SM
MD
LG