Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:54

Azərbaycanda prezidentin bəzi statusları keçmiş prezident və ya onun həyat yoldaşına da şamil ediləcək


Azərbaycan prezidentinin bəzi statuslarının keçmiş prezident və ya onun arvadına (ərinə) şamil edilməsi ilə bağlı Cinayət-Prosessual Məcəlləsinə əlavələr olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı məcəllənin 11.3, 209.2.13 və 215.3.2 maddələrinə əlavələr təklif edilir.
Əlavələrə görə, Azərbaycan prezidenti üçün nəzərdə tutulduğu kimi, keçmiş prezidentin və ya onun arvadının (ərinə) da həyatına sui-qəsd edildikdə, cinayət işinin dərhal başlanması təsbit olunur.

Digər əlavəyə görə isə, Azərbaycan prezidenti üçün nəzərdə tutulduğu kimi, keçmiş prezident və ya onun arvadının (ərinin) da təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqı yalnız prokurorluq apara biləcək.

Layihə artıq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG