Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:06

İlham Əliyev Qobustanda olub


-
Mayın 1-də prezident İlham Əliyev Qobustan rayonuna gedib.

«AzərTAc»ın məlumatında deyilir ki, prezident rayon mərkəzindəki parkda - Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub.

İki hektarlıq meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılıb.

İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında da iştirak edib.

Məlumatda deyilir ki, kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

Kompleksin ərazisi 2.67 hektar, binanın ümumi sahəsi isə 3.5 min kvadratmetrdir. Ümumi smeta dəyəri 5 milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.

Kompleksdə, həmçinin, 900 nəfərlik zal, müxtəlif iş və yardımçı otaqlar, futbol, basketbol, tennis meydançaları var. Ərazidə minə yaxın müxtəlif növ ağac əkilib.

Dövlət başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG