Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18
-
Mayın 4-də, saat 11:00-da «Filarmoniya bağı»nda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Kitab bayramı» keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Kitab bayramında Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» (Azərbaycan və rus dillərində) adlı kitabının təqdimatı və Heydər Əliyevin 90 illiyinə həsr olunmuş müsabiqələrin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Kitab bayramında tanınmış yazıçı və şairlərin kitablarının imza mərasimləri də təşkil olunacaq.

Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Aqil Abbas və Elxan Elatlının oxucularla görüşü keçiriləcək.

Xəbərdə vurğulanır ki, kitab bayramında ölkənin 50-dən çox nəşriyyatı, kitab evi və yayım assosiasiyası iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG