Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12
-
T.Quliyev adına 12 saylı Musiqi Məktəbinin vokalisti Yasin Həsənov İtaliyada keçirilən Beynəlxalq San Remo-Cunior müsabiqəsindən vətənə qələbə ilə qayıdıb.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Bu musiqi yarışmasına Azərbaycan ilk dəfə qatılırdı.

Müxtəlif nominasiyalar üzrə keçirilən və təxminən dünyanın 300-dən artıq istedadının qatıldığı müsabiqədə Azərbaycan təmsilçisi vokal kateqoriyası üzrə əsas mükafata-Qran Pri-yə layiq görülüb.

4 mərhələdən ibarət olan müsabiqədə Yasin ilk çıxışdan sonra bütün münsiflərin birmənalı rəyi ilə finala birbaşa vəsiqə qazanıb.

Müsabiqənin əsas təşkilatçılarından sayılan, münsiflər heyətinin sədri Paolo Alberto Yasinin ifasından çox təsirləndiyini dilə gətirib.

İtalyan musiqiçi bildirib ki, bu günə qədər Azərbaycandan bu müsabiqəyə bir çox namizədlər təqdim edilsə də, heç biri müsabiqədə iştirak etmək şansı əldə edə bilməyib.

Yasinin müəllimləri əfsanəvi «Qaya» qrupunun ifaçısı Rauf Babayev və operanın «ən gənc Koroğlusu»-- Ramil Qasımovdur.

Ötən il Yasin Almaniyada keçirilən «Euro Pop Contest» Müsabiqəsində də Qran-Pri alıb.

Təbrik edirik!

Günün bütün mövzuları

XS
SM
MD
LG