Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20
1 May günü Banqladeşin paytaxtı Dakkada yüzlərlə fəhlənin ölümünə etiraz olaraq nümayiş keçirilib.

Rəsmilər ötən həftə şəhər ətrafındakı fabrikin uçması nəticəsində 400-dən çox adamın öldüyünü deyirlər.

Nümayişçilər binanın sahibi və cavabdehlərin cəzalandırılmasını tələb ediblər.
Artıq binanın sahibi, fabriklərin direktoru və mühıəndisləri başısoyuqluğa görə həbs ediliblər.

Avropa Birliyi bir sıra ticarət güzəştlərinin ləğvi də daxil olmaqla, Banqladeşdəki fabriklərədə əmək şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərə baxdığını bəyan edib.

Avropa Birliyi Banqladeşin ən böyük ticarət tərəfdaşlarından biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG