Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

İlqar Məmmədova daha ağır ittiham irəli sürüldü


İlqar Məmmədov
İlqar Məmmədov
-

İsmayıllı hadisələrinə görə həbs edilmiş REAL hərəkatının sədri İlqar Məmmədova aprelin 30-da daha ağır ittiham irəli sürülüb. Bu haqda onun vəkili Xalid Bağırov AzadlıqRadiosuna deyib.

Vəkilin sözlərinə görə, həmin hadisələrə görə təqsirləndirilənlər indiyədək Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurdular: «Amma artıq 233-cü maddə üzrə ittihama xitam verilib. 220.1-ci maddə üzrə yeni ittiham sürülüb. Bununla da iş kütləvi iğtişaş kimi qiymətləndiriləcək».

Cinayət Məcəlləsinin 220.1 maddəsi zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etməni nəzərdə tutur. Bu maddə ilə ittiham olunan şəxs 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Vəkilin dediyinə görə, əslində Qubada, «Binə» Ticarət Mərkəzində və eləcə də İsmayıllıda baş verən hadisələr eyni xarakterlidir:

QUBA HADİSƏLƏRİ İLƏ İSMAYILLINI BİRLƏŞDİRƏN CƏHƏT

«Quba hadisələrinə də, «Binə»də baş verənlərə görə də 233-cü maddə üzrə ittiham sürülüb, yəni ictimai qaydanı pozmaqda, kütləvi şəkildə hakimiyyət nümayəndələrinə tabe olmamaqda təqsirli biliniblər. Amma son illərdə ilk dəfə olaraq hakimiyyət İsmayıllı hadisələrində kütləvi iğtişaş anlayışından istifadə etdi».

Xalid Bağırov bu ittihamın siyasi xarakterli olduğunu düşünür:

«Hətta Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun işini növbədənkənar icraata qəbul etdi. Hər halda, bu sürətlə işə baxılması Azərbaycan üçün yeni presidentdir».

Vəkil İlqar Məmmədovun yeni ittihamla bağlı ifadə verdiyini də söylədi. REAL sədri prezidentliyə namizədliyini verdiyinə görə, hakimiyyətin narahat olduğunu, bu üzdən də onu uzun müddət həbsdə saxlamaq istədiyini bildirib.

İsmayıllı hadisələrinə görə, həbs olunanların hamısı ilə bağlı 233-cü maddə üzrə ittihama xitam verilib və CM-nin 220.1 maddəsi ilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG