Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:25

Azərbaycan Ordusunun əsgəri yaralanıb


Azərbaycan əsgəri
Azərbaycan əsgəri
-

Azərbaycan Ordusunda insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Tərtərdə yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.

Məlumata görə, hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Vüsal Rövşən oğlu Cəbiyev tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

V. Cəbiyev Bakının Nizami rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

2013-сü ildə Azərbaycan ordusu 31 nəfər itki verib. Onlardan 5-i döyüş, 26-ı isə qeyri-döyüş şəraitində həlak olub.

Cari ildə 35 nəfər yaralanıb və ya xəsarət alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG