Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

Gəncə və Tovuzun futbol klubları Premyer Liqadan uzaqlaşdırılıb


Arxiv foto
Arxiv foto

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Lisenziyalaşdırma Komissiyasının iclasında belə qərar qəbul edilib.

İclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun sənədlərinə baxılıb.

Gəncənin «Kəpəz», Tovuzun «Turan» 2013-2014 Azərbaycan futbol premyer liqasında iştirakla bağlı etdiyi müraciət qəbul olunmayıb.

İdman, infrastruktur, kadr-hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün 8 kluba Avropa kuboklarında, «Rəvan» və «Sumqayıt» futbol klublarının Azərbaycan Premyer Liqa yarışlarında iştirakına icazə verilib.
XS
SM
MD
LG