Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

Vətəndaşlara zərər vuran sürücülərə qarşı cəzalar sərtləşdirilir


Azərbaycanda nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər kiməsə zərər vurarsa, onların həbs müddəti artırılacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə nəzərdə tutulur.

Məcəllənin 152-ci maddəsinə təklif olunan dəyişikliyə görə, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə edərkən törədilən xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə 400 manat miqdarında cərimə və ya bir ayadək inzibati həbs tətbiq olunacaq.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, inzibati həbs müddəti 15 gün nəzərdə tutulur.

Məcəlləyə edilən dəyişikliyə görə, eyni zamanda, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması zamanı törədilən xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında cərimə və ya 15 gündən bir ayadək inzibati həbs tətbiq olunacaq.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu maddə üzrə də inzibati həbs müddəti 15 günədək nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG