Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:05

Avtomobillərinin arxa yan şüşələrinə jalüz vurulmasına icazə verilib


Mayın 1-dən Azərbaycanda nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verilib.

«APA-Economics»in məlumatına görə, Azərbaycan prezidenti vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yay mövsümündə nəqliyyat vasitələrində jalüzlərin istifadəsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Əvvəlki standartlara görə, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti isə 60%-dən az olmamalı idi. Həmçinin, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.

Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı mayın 1-dən müəyyən edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG