Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

Metroda qatarların hərəkətində problem yaranıb


Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

Trend-in məlumatına görə, buna səbəb «İnşaatçılar» stansiyasında qatarlardan birinin sistemində yaranmış nasazlıq olub.

Məlumata görə, sərnişinlər «İnşaatçılar» stansiyasında vaqonlardan boşaldılıb.

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Trend-ə bildirib ki, ilkin ehtimala görə, problemə səbəb qatarın əyləc sistemində yaranmış nasazlıq olub. Sərnişinlər düşürüldükdən sonra qatar depoya göndərilib.
XS
SM
MD
LG