Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:52

YAP-ın Saatlı təşkilatının kənd məktəbində keçirdiyi tədbirdən yarımçıq təəssüratlar...


Azadkənd orta məktəbində Heydər Əliyevin 90 illiyi münasibətilə yubiley tədbiri
Azadkənd orta məktəbində Heydər Əliyevin 90 illiyi münasibətilə yubiley tədbiri
-
Aprelin 30-da Saatlı rayonunun Azadkənd orta məktəbində Heydər Əliyevin 90 illiyi münasibətilə yubiley tədbiri keçirildi.

Tədbirə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Lütfəli Şıxalıyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev və müxtəlif idarə, müəssisə rəhbərləri də qatılmışdı.

HEYDƏR HEYDƏR ƏLİYEVİN KİM OLDUĞUNU BİLMİR?

Məktəbin foyesinin divarlarından Qarabağ döyüşlərində həlak olmuş 8 keçmiş məzunun şəkilləri ilə yanaşı, keçmiş və indiki prezidentin foto-stendləri də asılmışdı. Qaranlıq dəhlizdə uşaqlar sinif otaqlarından bayıra stol-stul daşıyırdı. Bu zaman Cəsur və Heydər adlı şagirdlərdən Heydər Əliyevin kim olmağı barədə soruşuram, amma onlar sualı cavablandıra bilmir.

Məktəbin həyəti Heydər Əliyevin çoxsaylı şəkilləri ilə bəzədilmişdi. Az sonra rayon mərkəzindən gələn YAP rayon təşkilatının nümayəndələri tədbir keçirilən yerə partiyanın bayraqlarını və onları keçirmək üçün yonulmuş ağaclar gətirdilər.

Azadkənd kəndində yaşayan Yurdçu Səmədov deyir ki, kənddə 1800 nəfər adam yaşayır və əhali pis dolanmır. Elə bu vaxt qara eynəkli bir adam bizə yaxınlaşaraq «bu kişinin zəhmətini itirmək olmaz, onun hesabına ağ günə çıxmışıq» deyə söhbətə müdaxilə edir.

«BURADA CƏMİ 20-25 NƏFƏR KƏND SAKINI VAR»

Azadkənd kəndinin başqa sakini Qismət Səmədov isə bildirir ki, bura toplaşanların əksəriyyəti kənar yerdən gəlib:

«Mən baxıram, burada cəmi 20-25 nəfər kənd sakini var, onlar da Kərimov-Şəmmədov qohumlarıdır, qalanları rayonun büdcə təşkilatlarında işləyənlər, ya da tanımadığım adamlardır».

«BURA MƏNİM TORPAĞIMDIR»

Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Lütfəli Şıxalıyev çəkiliş apardığımı görərək, məni yanına çağırıb etirazını bildirdi:

«Bu, bizim partiyanın tədbiridir, bura mənim torpağımdır. Mən sizi dəvət etməmişəm, özbaşına çəkiliş aparırsınız».

Onun əhatəsində olan adamlar mənə hücum etdi və kobud şəkildə ərazidən kənarlaşdırdı. Bu səbəbdən tədbiri sonadək izləmək mümkün olmadı...
XS
SM
MD
LG