Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46
Azərbaycanda bir gündə iki məhbus xəstəlikdən ölüb.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Müəssisədə müalicə olunan məhbuslar Məhəddin Şirinov və Saməddin İsmayılov xəstəlikdən keçiniblər.

Hər ikisinin meyit ekspertizadan keçirilib. Ekspertizanın rəyindən sonra onların ölümünün səbəbləri açıqlanacaq.

M. Şirinov bir neçə il əvvəl qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 10 il, S. İsmayılov isə dələduzluq maddəsi ilə 8 il azadlıqdan məhrum edilmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG